Hadisə
Biləsuvardakı qəzada ölən və yaralananların şəxsiyyəti məlum oldu - (YENİLƏNDİ)
Biləsuvar rayonunda baş verən ağır yol qəzasında ölən və yaralananların şəxsiyyəti məlum olub.
Rayonun İsmətli kənd sakini, 1996-cı il təvəllüdlü Məmmədov Asim Rasim oğlunun idarə etdiyi “VAZ-21015” markalı avtomobil həmkəndlisi, 1955-ci il təvəllüdlü Şakir İnşallah oğlu Dövlətovun idarə etdiyi “Lada Priora” markalı avtomobillə toqquşub.
Nəticədə rayon sakinləri - “VAZ-21015” markalı avtomobildə olan 1944-cü il təvəllüdlü Şükufə Qəhrəman qızı Tağıyeva və 1961-ci il təvəllüdlü Hüseynova Güllübəyim Mehdi qızı hadisə yerində ölüb. Onların meyitləri Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qəzada xəsarət alan hər iki sürücü və İsmətli kənd sakinləri - 1993-cü il təvəllüdlü Tağızadə Araz Əsəd oğlu və 1979-cu il təvəllüdlü Əliyeva Məlahət Qurban qızı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Məlumata görə, “Lada Priora” markalı avtomobilin sürücüsü Şakir Dövlətov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Terapiya şöbəsinin müdiridir.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
Hadisə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında qeydə alınıb.
Belə ki, "Lada Priora" və VAZ-21015 markalı minik avtomobilləri toqquşub. Nəticədə 2 qadının hadisə yerində öldüyü və onların meyitlərinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verdiyi bildirilib.
Eyni zamanda 4 yaralı xəstəxanaya yerləşdirilib. (report)
-
Elm və təhsil21:24
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ / VİDEO
-
Gözəllik21:12
Süni intellekt gözəli 20 min dollar MÜKAFAT ALACAQ
-
Magazin121:00
Xoşqədəm ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı: "Gördünüzmü?..."
-
Avropa20:12
Göyərtəsində sərnişinlərin olduğu təyyarəni İLDIRIM VURDU
-
Sosial19:46
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi - FOTO
-
Kriminal19:12
Borcu ödəməmək üçün tanışını öldürdü
-
Magazin118:48
Röya Ayxan bu tarixdə ƏRƏ GEDİR - VİDEO
-
Səhiyyə18:12
Azərbaycanda uşaqlarla bağlı yeni tibbi mərkəz YARADILDI - FOTO