Bərdə xəstəxanasında həkim və tibb bacısı döyüldü
Bizi izləyin

Hadisə

Bərdə xəstəxanasında həkim və tibb bacısı döyüldü

Bərdə rayonunda tibb işçiləri döyülüb.

Report-un verdiyi məlumata görə, insident Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində baş verib.

Orta yaşlı kişi sərxoş halda xəstəxanaya gəlib və ona lazımi tibbi yardım göstərilmədiyini əsas gətirərək, həkimlərə hücum çəkib. Hadisə zamanı bir həkim və tibb işçisi xəsarət alıb. Özünü idarə edə bilməyən və şəxsiyyəti məlum olmayan şəxs xəstəxanada olan tibbi və inventar avadanlıqlarını dağıdaraq, yararsız vəziyyətə salıb.

Növbətçi həkimlər onu sakitləşdirmək istəsə də, buna nail ola bilməyiblər. Hadisə ilə bağlı polisə məlumat verilib. Polis əməkdaşları əraziyə gələrək həmin şəxsi saxlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm