"Mərkəz" vəkil bürosunun müdiri vəfat etdi - FOTO
Bizi izləyin

Hadisə

"Mərkəz" vəkil bürosunun müdiri vəfat etdi - FOTO

Tanınmış vəkil, Vəkillərin İntizam Komissiyasının üzvü, Bakı şəhəri "Mərkəz" vəkil bürosunun müdiri Sərdar Qədir oğlu Qasımov bu gün ömrünün 62-ci ilində vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası məlumat yayıb.

Qeyd edilib ki, 1996-cı ildən vəkillik fəaliyyəti ilə məşğul olan Sərdar Qasımov əmək fəaliyyətinə 1973-cü ildə Ağdam rayonunda 43 nömrəli Tikinti İdarəsində fəhlə kimi başlayıb, daha sonra həmin rayonda müxtəlif təsərrüfat müəssisələrində hüquqşünas olaraq işləyib.

S.Qasımov Biləcəri qəbirstanlığında dəfn ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm