Azərbaycanda magistral yolda avtomobillər su kanalına belə düşdü - FOTOLAR
Bizi izləyin

Hadisə

Azərbaycanda magistral yolda avtomobillər su kanalına belə düşdü - FOTOLAR

Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə Bakı-Qazax magistral yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində baş verib.

Belə ki, 23 yaşlı İslamov Elsəvər Cümşüd oğlu nasaz vəziyyətdə olan "Mercedes" markalı avtomobilini yol kənarında saxlayıb. Bu vaxt Hüseynov Allahverdi Cəfər oğlunun idarə etdiyi "Toyota" markalı avtomobil arxadan "Mercedes"ə çırpılıb. Nəticədə avtomobil "Mercedes"in sərnişini xəsarət alıb.

Hadisə nəticəsində hər iki minik maşını yolun kənarındakı su kanalına düşüb.

Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm