Hadisə
ANAMA ay ərzində 100-ə yaxın partlamamış hərbi sursat aşkarladı
2019-cu ilin İyun ayı ərzində Agentlik tərəfindən Ağdam, Ağstafa, Cəbrayıl, Xızı, Salyan, Samux, Tərtər rayonları, Bakı, Gəncə və Lənkəran şəhərləri ərazisində 520,723 m² (52.07 ha) ərazi yoxlanılıb, 99 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina (cəmi: 101 ədəd) və 1 ədəd tank əleyhinə təlim məqsədli mina aşkar edilərək zərərsizləşdirilib.
ANAMA-dan Publika.az-a verilən məlumata görə, əməliyyatlarda 470 nəfər əməliyyat heyəti, 126 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.
İndiyədək cəmi 534,971,929 m² (53,497.19 ha) ərazi təmizlənmiş, 803,698 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.
İyun ayı ərzində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən - 2 (iki), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 6 (altı), Dövlət Sərhəd Xidmətindən (DSX) - 2 (iki) müraciət daxil olub (cəmi: 10 çağırış).
Müraciətlər əsasında Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları ilə birlikdə 8 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilmiş, nəticədə Xızı, Salyan, Samux, Tərtər rayonları, Bakı, Gəncə və Lənkəran şəhərləri ərazisində 3,520 kv.m ərazi yoxlanılmış, 32 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina (cəmi: 34 ədəd) və 1 ədəd tank əleyhinə təlim məqsədli mina aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.
2019-cu ilin iyun ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!