Göyçayda "VAZ" aşdı - Yaralılar var
Bizi izləyin

Hadisə

Göyçayda "VAZ" aşdı - Yaralılar var

Göyçay rayonunda baş verən yol qəzasında 3 nəfər xəsarət alıb.

Hadisə rayonun Alpout kəndi ərazisində qeydə alınıb.

Kənd ərazisində hərəkətdə olan "VAZ-2106" markalı avtomobil yüksək sürət nəticəsində idarəetmədən çıxaraq aşıb.

Hadisə nəticəsində avtomobildə olan 3 nəfər - rayonun Qaraxıdır kənd sakinləri, 1995-ci il təvəllüdlü Abdullayev Salam Əliyar oğlu, 1995-ci il təvəllüdlü Əhmədov Elşən Mehman oğlu və 1995-ci il təvəllüdlü Xudaverdiyev Mehdi Sədiyar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda hər 3 xəstənin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. (Trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm