Bakıda DƏHŞƏTLİ HADİSƏ: maşın sürətlə parka girdi və... - VİDEO+18 (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Bakıda DƏHŞƏTLİ HADİSƏ: maşın sürətlə parka girdi və... - VİDEO+18 (YENİLƏNDİ)

Bu gün səhər saatlarında Bakıda ağır qəza baş verib.

Hadisə şahidlərinin verdikləri məlumata görə, hadisə Xəzər rayonu, Kənd qala qəsəbəsi yaxınlığında qeydə alınıb.

Belə ki, "Mercedes” markalı, 10 MG 342 nömrə nişanlı avtomobil yüksək sürətlə hərəkətdə olarkən dörd yol yaxınlığında parka girib.

Nəticədə avtomobil bir neçə maşını qırıb və ağacların arasında preslənib qalıb.

Maşının içində sürücü yaralı vəziyyətdə qalıb. Ətrafda olan insanlar yaralını maşından çıxarıblar və ilkin yardımdan sonra xəstəxanaya aparılıb.

Hadisənin görüntülərini təqdim edirik.

Ürəyi zəif olanların videoya baxması məsləhət deyil. (Baku.ws)

***

11:45

Bakıda səhər saatlarında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Qala qəsəbəsində qeydə alınıb.

"Mercedes" markalı avtomobil idarəetməni itirərək yol kənarındakı ağaclığa çırpılıb. Avtomobildə sıxılıb qalan 1968-ci il təvəllüdlü Ağakişiyev Etibar Fariz oğlu yaxınlıqdakı insanların köməyi ilə maşından çıxarılıb. İlkin yardım göstərildikdən sonra o, hadisə yerinə cəlb olunan Təcili Tibbi Yardım briqadası ilə 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, E.Ağakişiyevə sifətin və döş qəfəsinin əziyi, sağ dirsəyin cırılması diaqnozu qoyulub.

İlkin ehtimallara görə, qəzaya səbəb avtomobilin təkərində yaranan nasazlıq olub. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm