Hadisə
“Mənim üçün çox çətindir... ” - Ayaz Mütəllibov
“Çətindir, amma nə etmək olar, həyatın işidir...”.
Publika.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın sabiq Prezidenti Ayaz Mütəllibov həyat yoldaşı Ədilə Mütəllibovanın dəfn mərasimində deyib.
“Bu, mənim üçün çox çətindir. Amma həyatın işidir, belə qiymətləndirmək lazımdır. Bizə dəstək verən hər kəsə təşəkkürümü bildirirəm”, - deyə A.Mütəllibov qeyd edib.
Xatırladaq ki, Ayaz Mütəllibovun həyat yoldaşı Ədilə Mütəllibova bu gün 81 yaşında vəfat edib. Mərhum Yasamal qəbiristanlığında oğlu Azad Mütəllibovun məzarının yanında dəfn olunub.
Mərhumun 3 mərasimi iyulun 7-də Təzəpir məscidində keçiriləcək.
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ