• USD 1,7000 0,00% EUR 1,9162 0,00%
    • GBP 2,1363 +0,20% RUB 0,0269 -0,37%

Gömrükçülər telefon və elektronika malları aşkarladı

Gömrükçülər telefon və elektronika malları aşkarladı

Gömrükçülər mobil telefonlar və elektronika malları aşkarlayıblar.

Publika.az-a Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin əməkdaşları külli miqdarda mobil telefon və elektron əşyanın qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar. Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı sadələşdirilmiş bəyannamə təqdim edərək özü ilə 2 noutbuk, 1 "Samsung A50" markalı mobil telefon gətirdiyini bəyan edib. Lakin yoxlama zamanı vətəndaşa məxsus baqajdan və əl yüklərindən bəyannamədə göstərilən əşyalardan başqa, gömrük orqanına bəyan edilməyən 6 ədəd plata, 40 ədəd mobil telefon ekranı, 2 qutu simsiz "AirPods" qulaqlıq, 10 ədəd portativ enerjiyığma cihazı, 6 ədəd yaddaş kartı, 50 ədəd 32 GB və 5 ədəd 128 GB flaşkart, üzərindəki gödəkçənin ciblərindən isə 4 "Iphone" markalı mobil telefon aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR