SON DƏQİQƏ: Bakıda güclü yanğın - VİDEO
Bizi izləyin

Hadisə

SON DƏQİQƏ: Bakıda güclü yanğın - VİDEO

Bakının Yasamal rayonunda güclü yanğın baş verib.

Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Bildirilir ki, Bakının Moskva prospektində, "Şamaxinka” adlanan ərazidə qeydə alınan yanğın nəticəsində ətrafı qara tüstü bürüyüb.

Vətəndaşlar bu qara tüstüdən təşvişə düşüblər. Əraziyə yanğınsöndürən maşınların getdiyi bildirilir.

Məsələ ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətilə əlaqə saxladıq. Xidmətdən bildirilib ki, ərazidəki quru ot sahəsinda yanğın baş verib.

Yanğın çox güclü olduğu üçün ətrafa yayılma təhlükəsi yaranıb.

İkinci çağırışla əraziyə cəlb edilən yanğınsöndürənlər alovu ram ediblər və yanğın söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm