Batumidə azərbaycanlıların olduğu avtobus qəza törətdi - TƏFƏRRÜAT
Bizi izləyin

Hadisə

Batumidə azərbaycanlıların olduğu avtobus qəza törətdi - TƏFƏRRÜAT

Gürcüstanda azərbaycanlıların xəsarət aldığı yol qəzasının təfərrüatları məlum olub.

Trend-in məlumatına görə, Bakıdan yola düşən avtobus Batumidə qəza törədib. Ötmə əməliyyatı yerinə yetirən sərnişin avtobusu qarşıdan gələn digər nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə avtobusun sürücüsü və bir neçə sərnişin müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar xəstəxanaya çatdırılıb.

Sərnişinlərin xəsarətləri yüngül olduğundan onlar ambulator müalicəyə buraxılıb. Hər iki ayağından ağır yaralanan sürücü isə stasionar müalicəyə götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm