Hadisə
Bakı metrosunda ana övladını itirdi
“Bakı Metropoliteni” QSC-nin “28 may” stansiyasında qatardan düşən qadın 11 yaşlı qızını vaqonda unudub.
“Report” xəbər verir ki, hadisə bu gün saat 18:40 radələrində baş verib.
Belə ki, özünü uşağın anası və xalası kimi təqdim edən iki qadın stansiya növbətçisinə yaxınlaşaraq övladlarını "Həzi Aslanov" stansiyası istiqamətində hərəkət edən qatarda unutduqlarını bildirbər. Növbətçi isə aidiyyatı üzrə dispetçeri məlumatlandırıb.
Bir qədər sonra isə növbətçiyə yaxınlaşan valideyn deyib ki, uşaqla bağlı narahatlığa ehtiyac yoxdur və övladı qatarda digər xalası ilə qalıb. Hadisənin təfərrüatları ilə bağlı danışan ana bildirib ki, qatar stansiyaya yaxınlaşan zaman onun mobil telefonuna zəng gəlib. Başı telefonla danışmağa qarışan qadın uşağın vaqonda qaldığından xəbər tutmayıb.
Faktı “Report”a təsdiq edən “Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov isə bildirib ki, qadın vaqonda qalmış uşağı xalası ilə növbəti stansiyada “Gənclik”də düşüb. Bir qədər sonra onlar görüşüblər. Uşaq xalasının yanında olduğu üçün hadisə itmə kimi qeydiyyata alınmayıb.
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO
-
Səhiyyə18 Aprel 22:36
Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...