Bakıda güclü yanğın - Xəsarət alanlar var
Bizi izləyin

Hadisə

Bakıda güclü yanğın - Xəsarət alanlar var

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yanğın hadisəsi baş verib.

Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda yerləşən beşmərtəbli yaşayış binasının 3-cü mərtəbəsində qeydə alınıb. Belə ki, ümumi sahəsi 50 m² olan 3 otaqlı mənzilin 1 otağında ev əşyaları 5 m² sahədə yanıb. Yüksək temperaturdan kondisioner, televizor və dəhlizin lambirindən ibarət tavanı 5 m² sahədə əriyib. Yanğın zamanı 2 nəfər xəsarət alıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm