"Azərikimya" zavodda baş verən hadisəyə aydınlıq gətirdi
Bizi izləyin

Hadisə

"Azərikimya" zavodda baş verən hadisəyə aydınlıq gətirdi

"Azərikimya" İstehsalat Birliyi Etilen-Polietilen zavodunda baş vermiş ölüm hadisəsinə aydınlıq gətirib.

İB-dən Publika.az-a bildirilib ki, iyunun 15-də saat 15:20 radələrində "Azərikimya” İB-nin modernizasiya layihəsində baş podratçı olan İtaliyanın "Technip İtaly Spa” şirkətinin işçisi (elektrik) Bakı sakini, 1982-ci il təvəllüdlü Baxşiyev Ziyad Sabir oğlu zavodun ərazisində modernizasiya işləri aparan zaman gərginliyə düşüb.
"Ziyad Baxşiyevə hadisə yerində podratçı şirkətlərin növbətçi həkimləri, sonra isə "Kimyaçı” poliklinikasının təcili-tibbi yardım həkimləri tərəfindən ilkin tibbi yardım göstərilsə də, onun həyata qaytarılması mümkün olmayıb və vəfat edib. Dünyasını dəyişmiş şəxs "Azərikimya” İB-nin Etilen-Polietilen zavodunun deyil, podratçı şirkət olan "Technip İtaly Spa” şirkətinin işçisidir”, - deyə məlumatda bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm