Şəkidə QORXUNC OLAY - DYP açıqlama yaydı (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Şəkidə QORXUNC OLAY - DYP açıqlama yaydı (YENİLƏNDİ)

Respublika Dövlət Yol Polisi İdarəsi Şəkidə baş verən yol nəqliyyat hadisəsi ilə bağlı açıqlama verib.

İdarənin mətbuat xidmətinin rəhbəri Rüfət Quliyev Publika.az-a bildirib ki, Şəki şəhərinin Kiş kəndində "Opel astra" markalı 99 RE 355 dövlət nömrə nişanlı minik avtomobili ilə "Mercedes Sprinter" markalı 90 OE 948 dövlət nömrə nişanlı mikroavtobus toqquşub:

"Hadisə 17:30 radələrində baş verib. Toqquşma nəticəsində hər iki nəqliyyat vasitəsinə cüzi ziyan dəyib, xəsarət alan olmayıb. Faktla bağlı artıq araşdırma aparılır. Yəni xırda yol nəqliyyat hadisəsi olduğundan heç bir hərəkət iştirakçısı xəsarət almayıb".

***

18:23

Şəkidə avtobus qəzaya uğrayıb.

Publika.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, hadisə Şəkinin Kiş kəndində baş verib.

Məlumata görə, turistləri daşıyan "Sprinter" markalı mikroavtobusla "Opel" markalı minik avtomobili toqquşub.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm