Hadisə
Gəncədə metal sexində faciə: 30 yaşlı işçi...
Gəncədə metaləritmə sexində faciə baş verib.
Gəncə şəhər Prokurorluğundan Publika.az-a verilən məlumatda bildirilir ki, hadisə Gəncə şəhər Çini qablar zavodunun ərazisində yerləşən metaləritmə sexində qeydə alınıb.
Həmin sexdə işləyən Əsədov Nicat Fizuli oğlunun yıxılıb xəsarət alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına daxil olması faktı ilə bağlı daxil olmuş məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Aparılan ilkin araşdırma zamanı məlum olub ki, 1989-cu il təvəllüdlü Gəncə şəhəri, Məhsəti qəsəbəsi sakini Əsədov Nicat Fizuli oğlu Gəncə şəhəri Çini qablar zavodunun ərazisində yerləşən metaləritmə sexində dam örtüyü düzəldən zaman yerə yıxılaraq xəsarət alıb. O, aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye