Kürdəmir yolunda yük maşınları toqquşdu - BİRİ AŞDI - FOTO
Bizi izləyin

Hadisə

Kürdəmir yolunda yük maşınları toqquşdu - BİRİ AŞDI - FOTO

Kürdəmir rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə Bakı-Qazax yolunun 177 km-də, Kürdəmirin Ərşəli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sürücü, 69 yaşlı Kürdəmir sakini Nəsibov Əvəz Veys oğlu Kürdəmir istiqamətində hərəkətdə olarkən, ona arxadan gələn 25 yaşlı Abşeron sakini Həbibov Azər Natiq oğlunun idarə etdiyi DAF markalı yanacaqla dolu yük maşını çırpılıb. Nəticədə "Kamaz"ın sürücüsü Nəsibov Əziz Veys oğlu müxtəlif növ bədən xəsarəti alaraq Kürdəmir RMX-nın Travmatologiya şöbəsinə yerləşdirilib.

Fakt araşdırılır.(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm