Bakıda məşhur ticarət mərkəzində ŞOK HADİSƏ - Nazirlik MƏLUMAT YAYDI
Bizi izləyin

Hadisə

Bakıda məşhur ticarət mərkəzində ŞOK HADİSƏ - Nazirlik MƏLUMAT YAYDI

Sədərəkdə Meyvəli bazarında kütləvi zəhərlənmə olub.

Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumatda bildirilir ki, zəhərlənən şəxslər yumurta yedikdən sonra özlərini narahat hiss ediblər. "Təcili yardıma ilk çağırış saat 10.14 daxil olub. Ünvana gələn həkimlər bir nəfəri zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə götürüblər. Saat 10:52 də ikinci çağırış daxil olub. Daha 3 nəfərin halının pisləşdiyi bildirilib. Təcili Tibbi Yardım briqadası 3 nəfəri də Kliniki Tibbi Mərkəzin yolxucu xəstəliklər şöbəsinə gətirib. Tibbi yardım göstərilərkən zərərçəkmişlər yumurta yedikdən sonra özlərini pis hiss etdiklərini bildiriblər".

Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə xəstələr yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriliblər. Hazırda xəstəxanaya çatdırılan şəxslərə lazımı yardımlar edilir. Vəziyyətləri orta-ağırdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm