Hadisə
Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Ukraynada saxlanıldı
Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Ukraynada saxlanılıb.
"Report"un məlumatına görə, "İnterpol" xətti ilə axtarışda olan 1965-ci il təvəllüdlü Nəsibov Məzahir Dursun oğlu Ukrayna ərazisində tutulub.
O, Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.
M.Nəsibovun Azərbaycana ekstradisiyası üçün tədbirlər davam etdirilir.
O, 100-dən çox şəxsə qarşı 8 milyon manatlıq dələduzluq edib. Belə ki, M.Nəsibov Nərimanov rayonu, F.Yusifov küçəsi 40 ünvanında gözdən əlillər üçün tikilən 12 mərtəbəli 132 mənzilli binada bir qrup vətəndaşa mənzil satmaq adı ilə onlardan pul alıb. Amma bina gözdən əlillər üçün inşa olunduğuna görə vədinə əməl edə bilməyib və vətəndaşları aldadıb.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!