Bakıda ŞOK HADİSƏ - Evdən yaşlı qadınla kişinin meyiti tapıldı
Bizi izləyin

Hadisə

Bakıda ŞOK HADİSƏ - Evdən yaşlı qadınla kişinin meyiti tapıldı

Bakıda mənzildən iki nəfərin meyiti tapılıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb.

Belə ki, qurumun "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Yasamal rayonunda 2 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1942-ci il təvəllüdlü Məmmədova Esmira Tələt qızının və 1955-ci il təvəllüdlü Məmmədov Aydın Nizami oğlunun meyitlərini aidiyyəti üzrə təhvil veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm