"Yeganə" şadlıq sarayında kütləvi zəhərlənmə: 19 nəfər... - RƏSMİ - YENİLƏNDİ (FOTO/VİDEO)
Bizi izləyin

Hadisə

"Yeganə" şadlıq sarayında kütləvi zəhərlənmə: 19 nəfər... - RƏSMİ - YENİLƏNDİ (FOTO/VİDEO)

Şirvan şəhərində toy mərasimi zamanı pirotexniki vasitələrin tüstüsündən zəhərlənən şəxslərin sayı 19 nəfərə çatıb.

Bu barədə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya və Anesteziologiya şöbəsinin müdiri Famil Yüsifov məlumat məlumat verib.

Şöbə müdiri bildirib ki, xəstəxanaya qazda boğulma diaqnozu ilə 19 nəfər müraciət edib:

"Zəhərlənənlər boğazda qıcıqlanma, öskürək və huşun müəyyən qədər itirilməsi əlamətləri ilə xəstəxanaya yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilərək oksigen verilib və lazımi müayinə və müalicələr aparılıb. Xəstələrin hamısı kafi vəziyyətdə ambulator müalicəyə buraxılıb".

***

01:02

İyulun 19-da axşam saatlarında Şirvanda şadlıq evlərinin birində toy mərasimi zamanı zəhərlənmə hadisəsi baş verib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, zəhərlənməyə şadlıq evindəki toy zamanı pirotexniki vasitənin yandırılması nəticəsində tüstünün yayılması səbəb olub. Hadisə nəticəsində 9 nəfər xəstəxanaya yerləşdirilib.

***

Şirvan şəhərində toy mərasimi zamanı zəhərlənən şəxslərin bəzilərinin adları məlum olub.

Hadisə zamanı Hacıqabul rayon sakinləri - 1968-ci il təvəllüdlü Seyidsəkinə Miryaqub qızı Dostəliyeva, 1957-ci il təvəllüdlü Züleyxa Ağaməmməd qızı Həsənova, 1961-ci il təvəllüdlü Fəridə Əsəd qızı Şıxəliyeva, Şirvan şəhər sakinləri - 1964-cü il təvəllüdlü Arzu Bəhlul qızı Süleymanova, 1977-ci il təvəllüdlü Aynurə Asif qızı Ağayeva zəhərləniblər.

***

19 iyul 22:34

Şirvanda toy mərasimi zamanı zəhərlənənlərin sayı 16 nəfərə çatıb.

Zərərçəkmişlər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onlardan 12-si qadın, 4 nəfəri isə kişidir.

***

21:35

Şirvan şəhərində yerləşən "Yeganə" şadlıq sarayında kütləvi zəhərlənmə olub.

Zəhərlənməyə toy mərasimi zamanı istifadə edilmiş tüstü yayan pirotexniki vasitə səbəb olub.

Nəticədə 10 nəfərdən çox xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır (Report).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm