Bakıda çimərlikdə DƏHŞƏT YAŞANDI - Ölən var
Bizi izləyin

Hadisə

Bakıda çimərlikdə DƏHŞƏT YAŞANDI - Ölən var

Bakıda daha bir nəfər dənizdə boğulub.

Publika.az xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində - Nardaranda baş verib. Anası, xalası və digər qohumları ilə çimərliyə gedən və dənizə girən 1997-ci il təvəllüdlü Mövlamzadə Fuad Azad oğlu dənizin dalğalı olması səbəbindən suda boğulub. 2 saata yaxın davam edən axtarışlardan sonra onun meyiti suyun üzərinə çıxıb.

Bildirilir ki, hadisə zamanı 22 yaşlı Fuadla birgə dəniz sahilinə gələn ailə üzvləri ağır sarsıntı keçirib.

Gəncin meyiti ailəsinə təhvil verilib, faktla bağlı araşdırma aparılır.

Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm