Dənizdə batan 19 yaşlı şəxsin meyiti tapıldı
Bizi izləyin

Hadisə

Dənizdə batan 19 yaşlı şəxsin meyiti tapıldı

İki gün əvvəl Xəzər dənizində batan 19 yaşlı şəxsin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Publika.az-a verilən məlumata görə, iyulun 20-də Bakı şəhərinin Sabunçu rayonu, Pirşağı qəsəbəsində, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü İsaqov Fərman Məğrub oğlunun axtarışları başa çatıb.

F.İsaqovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm