Xəzərdə batan şəxsin meyiti sudan çıxarıldı - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Xəzərdə batan şəxsin meyiti sudan çıxarıldı - YENİLƏNDİ

Xəzər dənizinin Astara rayonu ərazisində batan şəxsin meyiti sudan çıxarılıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, 2003-cü il təvəllüdlü İsmayılov Sahib Rauf oğlunun axtarışları başa çatıb. S.İsmayılovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

20:14

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Astara rayonunda dənizdə, qeyri-çimərlik ərazidə (nəzarətsiz) 1 nəfərin batması barədə məlumat daxil olub.

Publika.az FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm