"EYOF Baku-2019" yarış məkanlarında 7 nəfərə tibbi yardım göstərildi
Bizi izləyin

Hadisə

"EYOF Baku-2019" yarış məkanlarında 7 nəfərə tibbi yardım göstərildi

"Olimpiya Gənclər Festivalı 2019" məkanlarında növbətçilik çəkən Təcili Tibbi yardım briqadalarına idmançılar tərəfindən ümumilikdə 7 müraciət olub.

Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, müraciətlərdən 6-sı xırda travmalarla əlaqəli olduğundan həkimlər idmançılara yerində yardım ediblər.

15 yaşlı macarıstanlı idmançı sağ qaşüstü nahiyəsinin kəsiyi diaqnozu ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Yardım edildikdən sonra xəstəxanadan buraxılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm