Hadisə
Azərbaycanlı biznesmen Belarusdan deportasiya edildi
Belarusun Qrodno şəhərində fəaliyyət göstərən özəl şirkətin direkoru olan Azərbaycan vətəndaşı miqrasiya qanunvericiliyini pozduğuna görə ölkədən deportasiya edilib.
Bu barədə Belarus KİV-i məlumat yayıb.
Qeyd olunur ki, Azərbaycan vətəndaşı Qrodno rayonu ərazisində, şirkəti isə Qrodno şəhərində qeydiyyatdan keçib. Xüsusi əməliyyat zamanı hüquq-mühafizə orqanları azərbaycanlının əslində yaşadığı Vitebsk vilayətində bizneslə məşğul olduğunu müəyyən edib.
Həmvətənimiz daha əvvəl də oxşar pozuntulara görə inzibati məsuliyyətə cəlb olunduğundan bu dəfə onun Belarusdan deportasiya edilməsi və ölkəyə girişinə 6 ay müddətinə qadağa qoyulması barədə qərar qəbul olunub.
Qeyd edək ki, Belarusda əcnəbi vətəndaşlar qeydiyyatda olduğu yerdə yaşamalıdırlar.(Report)
-
Sosial16:36
Azərbaycanda sayğaclar ikiqat hesablayır - ŞOK İDDİA
-
Sosial16:08
Əli Əsədov yeni qərar imzaladı
-
Rəsmi xronika14:51
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 14:26
Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı
-
Magazin113:31
Tolik pərt etdi: "Bu da liftdə öpüşən Sabir" - VİDEO
-
Magazin112:56
Xalq artistindən valideynlərə və müəllimlərə MÜRACİƏT - VİDEO
-
Ekologiya12:31
Sabaha olan hava PROQNOZU - 20 dərəcə isti
-
Cənubi Qafqaz12:01
Paşinyan Şahramanyana cavab verdi - İrəvanda “mühacir hökumət” davası