Azərbaycanda insanı sarsıdan hadisə - 3 dost gecə saat 11-də dəfn edildi
Bizi izləyin

Hadisə

Azərbaycanda insanı sarsıdan hadisə - 3 dost gecə saat 11-də dəfn edildi

İyulun 24-də Neftçala rayonunda baş vermiş dəhşətli hadisədə ölən 3 dost ötən gecə dəfn edilib.

Publika.az xəbər verir ki, rayon ərazisində Xəzər dənizi ilə su kanalının birləşdiyi yerdə suda boğularaq ölən Həsənabad qəsəbə sakinləri, 1993-cü il təvəllüdlü Alkişiyev Fariz Arif oğlu, 1990-ci il təvəllüdlü Babayev Fərid Namiq oğlu və 1992-cü il təvəllüdlü Nəcəfov Şəhriyar Telman oğlunun meyitləri ötən gün ailələrinə təhvil verilib. Dünən gecə saat 11 radələrində gənclərin 3-ü də qəsəbə qəbiristanlğında dəfn edilib.

Bildirilir ki, dəhşətli hadisədə ölənlərin 3-ü də yaxın dost olublar. Onlardan ikisi subay, Fərid Babayev isə ailəli olub. 3 dost iyulun 24-də dənizlə kanalın birləşdiyi yerdəki adaya gəliblər və buradan suya atlanıblar. Lakin kanalın dənizə töküldüyü yerdə suyun altında mövcud olan güclü axın onları dərinliyə çəkib. Fərid və Farizin meyitlər elə suya atıldıqları yerdən, Şəhriyarın cəsədi isə bir qədər kənardan tapılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm