16 yaşlı danimarkalı idmançıya tibbi yardım göstərildi
Bizi izləyin

Hadisə

16 yaşlı danimarkalı idmançıya tibbi yardım göstərildi

Ötən gün (25 iyul) "Olimpiya Gənclər Festivalı 2019" məkanlarında növbətçilik çəkən Təcili Tibbi yardım briqadalarına ümumilikdə 4 müraciət olub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, müraciət edənlərdən biri 16 yaşlı Danimarkalı idmançı sağ budun travması diaqnozu ilə Heydər Əliyev adına İdman Sarayından KTM-ə çatdırılıb. İdmançıya lazımı yardım göstərildikdən sonra buraxılıb. Digər 3 nəfər müraciət edənlər yarışlar keçirilən ərazidə xidmət aparan əməkdaşları olub. İkisi baş ağrısından bir nəfər isə arterial təzyiqin artmasından şikayətlənib. Müraciət edən polis əməkdaşlarına həkimlər yerində yardım göstəriblər. Jara festivalı keçirilən ərazidə növbə çəkən Təcili Tiubbi Yardım briqadasına 26 yaşlı Azərbaycan vətəndşı müraciət edib Sol diz qapağının səthi travmaması ilə, həkimlər ona yerində yardım ediblər. "Olimpiya Gənclər Festivalı 2019" və “JARA” festivalı keçirilən ərazilərdə Təcili Tibbi Yardım briqadaları növbə çəkməkdə davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm