Hadisə
Bakıda çimərliyə avtomobillə girən qadın dəhşətli hadisə törətdi – UŞAQ ÖLDÜ/YENİLƏNDİ
Bakı şəhər Baş Polis İdarəsi və Bakı Şəhər Prokurorluğu Xəzər rayonundakı çimərliklərdən birində baş verən bədbəxt hadisə ilə bağlı məlumat yayıb.
Publika.az-a daxil olan məlumatda bildirilir ki, iyulun 25-də paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Bavarius” istirahət mərkəzinin avtomobil dayanacağında 1974-cü il təvəllüdlü Gülnarə Müslümovanın “Kia Sportage” markalı 90-DP-574 dövlət qeydiyyat nişanlı avtomobili arxaya hərəkət etdirərəkən 2016-cı il təvəllüdlü Əlisafa Mustafayevi vurub, sonuncu aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.
Faktla bağlı Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə müvafiq ekspertizalar təyin edilmiş, şahidlər müəyyənləşdirilərək dindirilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
*****
12:22
Bakıda çimərliklərdən birində faciəvi hadisə baş verib.
Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dünən saat 17 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsinin dəniz çimərliyində Bakı şəhər sakini G.Müslümova “KİA” markalı avtomobili arxaya hərəkət etdirərkən paytaxt sakini – 3 yaşlı Əliağa Mustafayevi vurub.
Nəticədə xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.
Araşdırma aparılır.
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu