Bakıda yol qəzasında ayağı qopan şəxsdən BƏD XƏBƏR
Bizi izləyin

Hadisə

Bakıda yol qəzasında ayağı qopan şəxsdən BƏD XƏBƏR

Daxili İşlər Nazirliyi dünən Bakı şəhər Xətai rayonunda baş vermiş dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyə istinadən xəbər verir ki, iyulun 25-də saat 17 radələrində Xətai rayonunun Zığ şossesində Bakı şəhər sakini Eldar Cəfərov idarə etdiyi “Suzuki” markalı motosikleti yol kənarındakı maneəyə vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qeyd edək ki, dəhşətli hadisə zamanı E.Cəfərovun ayağı qoparaq yolun ortasına düşüb.

Faktla bağlı araşdırmalar aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm