Bakıda dəhşətli hadisədə ölən motosikletçi general oğlu imiş - ŞOK FAKTLAR/FOTO
Bizi izləyin

Hadisə

Bakıda dəhşətli hadisədə ölən motosikletçi general oğlu imiş - ŞOK FAKTLAR/FOTO

Dünən Bakı şəhər Xətai rayonu ərazisində - Zığ yolunda motisikletlə dəhşətli qəzaya düşən və hadisə yerində vəfat edən şəxslə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az xəbər verir ki, “Suzuki” markalı motosikletlə qəzaya düşən 1976-cı il təvəllüdlü Eldar Cəfərov, bir sıra yüksək vəzifələrdə çalışmış, hazırda ehtiyatda olan general Eyvaz Cəfərovun oğludur. Almaniyanın Magdeburg şəhərində anadan olan və Bakı şəhər Nərimanov rayonu Həsənoğlu küçəsindəki mənzildə qeydiyyatda olan Eldar moto həvəskarı olub və əvvəllər də idarə etdiyi motosikletlə qəzaya düşübmüş.

Qeyd edək ki, dünən saat 17:00 radələrində baş vermiş hadisə nəticəsində E.Cəfərovun bir ayağı qoparaq yolun hərəkət hissəsinə düşüb. Hadisə şahidləri təcili tibbi yardım çağırsa da, həkimlər gələnədək o, vəfat edib.

Faktla bağlı Xətai rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm