"Qırmızı Körpü"də mobil telefonlar aşkarlandı
Bizi izləyin

Hadisə

"Qırmızı Körpü"də mobil telefonlar aşkarlandı

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Hundai Sonata" markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib.

Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirsədə yoxlama zamanı avtomobilin gizli saxlanc yerlərindən 4 ədəd "Redmi Note 7", 1 ədəd "MI 8 lite", 1 ədəd "Samsun Qalaksi A50", 1 ədəd "Samsunq Qalaksi A30", 2 ədəd, "Samsunq Qalaksi A20" markalı mobil telefonlar, 5 ədəd "qulaqlıq", mobil telefon üçün 11 ədəd qutu, 8 ədəd USB kabel və qidalandırıcı başlığı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm