Gəncədə sərnişin daşıyan avtobus qəzaya uğradı
Bizi izləyin

Hadisə

Gəncədə sərnişin daşıyan avtobus qəzaya uğradı

Gəncə şəhərində 1 nömrəli xətt üzrə hərəkət edən marşrut avtobus qəzaya uğrayıb.

"Report"un məlumatına görə, şəhərin Atatürk prospekti ilə hərəkətdə olan "Hyundai" markalı avtobus idarəetmədən çıxaraq, öncə səkiyə, daha sonra isə ağaca çırpılıb.

Qəza nəticəsində ciddi xəsarət alan olmasa da, nəqliyyat vasitəsinə ziyan dəyib.

Şahidlərin dediyinə görə, qəzaya avtobusun əyləc sistemində yaranan nasazlıq səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm