Bakıda 4 dostun öldüyü hadisə ilə bağlı yeni xəbər – Gənclərdən 2-si dəfn edildi
Bizi izləyin

Hadisə

Bakıda 4 dostun öldüyü hadisə ilə bağlı yeni xəbər – Gənclərdən 2-si dəfn edildi

İyulun 28-də Xəzər dənizinin Bakı Şəhər Sabunçu rayonu Kürdəxanı qəsəbəsi sahilində boğularaq ölən gənclərdən 2-sinin axtarışı davam etdirilir.

Publika.az xəbər verir ki, ərazidə xilasetmə işləri aparan şəxslər bildiriblər ki, boğularaq ölən 28 yaşlı Murad Əzizov və Kamran Hacıquliyevin axtarışları hələ ki, yekunlaşmayıb. Hadisə baş verəndən bir qədər sonra meyitləri tapılan 1992-ci il təvəllüdlü Əli Cavadovla Balababa Babayev isə dünən Kürdəxanı kənd qəbiristanlığında dəfn edilib.

Qeyd edək ki, iyulun 28-də sahildə futbol oynayan 8 gənc daha sonra çimmək üçün dənizə giriblər. Bu zaman dənizdə baş verən burulğan gəncləri sahildən uzaqlaşdırmağa başlayıb. 8 gəncdən 4-ü xilas edilsə də 1992-ci il təvəllüdlü Əli Cavadov, 1991-ci il təvəllüdlü Murad Əzizov, 1991-ci il təvəllüdlü Kamran Hacıquliyev və Bəlopba Babayev dənizdə boğularaq ölüb

Burulğana düşərək dənizdə batan gənclərdən 1992-ci il təvəllüdlü Əli Cavadov və 1991-ci il təvəllüdlü Murad Əzizov ailəli olub. Onların ikisinin də körpə övladları qalıb. Hadisə nəticəsində ölən 1991-ci il təvəllüdlü Kamran Hacıquliyev isə nişanlı olub və yaxın günlərdə toyu olacaqmış. Meyiti hələ tapılmayan Bəlopba Babayevə gəlincə, iyulun 26-da onun toyu olubmuş və cəmi 2 gün imiş ki, ailə həyatı qurubmuş.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm