Batumidə üç azərbaycanlını bıçaqlayan şəxsin kimliyi müəyyən olundu
Bizi izləyin

Hadisə

Batumidə üç azərbaycanlını bıçaqlayan şəxsin kimliyi müəyyən olundu

Batumidə üç azərbaycanlı turistə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs müəyyən olunub.

“Report” xəbər verir ki, həmin şəxsin saxlanılması istiqamətində tədbirlər həyata keçirilir.

Şübhəli şəxsin yeniyetmə olduğu barədə məlumatlar yayılıb.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi üzrə aparılır. Bu maddə ilə üç ildən beş ilədək həbs cəzası nəzərdə tutulur.

Azərbaycan vətəndaşları hazırda Batumi Referal Xəstəxanasında müalicə olunurlar. Gənclərin ayaq, qol və bədənin digər hissələrindən bıçaq yaraları aldıqları bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm