Azərbaycanda 28 yaşlı oğlan suda boğuldu - MEYİTİ ÇIXARILDI/YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Azərbaycanda 28 yaşlı oğlan suda boğuldu - MEYİTİ ÇIXARILDI/YENİLƏNDİ

Kür çayının Yevlax şəhəri, Varvara kəndi ərazisindən keçən hissəsində batan 1991-ci il təvəllüdlü Maqsudzadə Nəsib Maarif oğlunun axtarışları başa çatıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, N.Maqsudzadənin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

*****

09:39

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Kür çayının Yevlax şəhəri, Varvara kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Publika.az nazirliyə istinadən xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm