Cəlilabadda dişini çəkdirmək istəyən qadın komaya düşdü
Bizi izləyin

Hadisə

Cəlilabadda dişini çəkdirmək istəyən qadın komaya düşdü

Cəlilabad rayonunda dişini çəkdirmək istəyən qadın komaya düşüb.

"Report"un məlumatına görə, rayon sakini 1991-ci il təvəllüdlü Şahbazova Könül Bavədar qızı dişin çəkdirmək üçün rayonda yerləşən stamatoloji məntəqələrdən birinə gedib.

Məntəqədə çalışan diş həkimi onun dişin keyitmək məqsədi ilə 3 iynə vurub. Qadının dişi çəkilən zaman o huşunu itirib. Daha sonra xəstə xəstəxanaya çatdırılıb. Həkimlər qadının vəziyyətini ağır kimi qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm