Azərbaycanda kriminal avtoritet intihar etdi
Bizi izləyin

Hadisə

Azərbaycanda kriminal avtoritet intihar etdi

Cəlilabad rayonunda intihar hadisəsi baş verib.

"Report" xəbər verir ki, intihar hadisəsi şəhərin Təbriz küçəsində qeydə alınıb.

Belə ki, Cəlilabad şəhər sakini, Qasımov Sahib Məzahir oğlu intihar edib. İlkin məlumata görə, onun qəbul etdiyi yüksək dozalı narkotikmaddənin təsirindən intihar etdiyi bildirilir.

Qeyd edək ki, S.Qasımov Cəlilabad rayonunda "Ququ" ləqəbli kriminal avtoritet kimi tanınır.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm