Hadisə
Bakının girişində dəhşətli qəza – Kişi maşını vurdu, arvadı öldü - YENİLƏNDİ
Daxili İşlər Nazirliyi Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
Publika.az nazirliyə istinadən xəbər verir ki, avqustun 4-də saat 9 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Bakı şəhər sakini H.Hüseynov idarə etdiyi “KamAZ” markalı avtomobili yolun kənarında dayanmış həmyerlisi A.Ələkbərova məxsus “AzSamand” markalı avtomobilə vurub.
Nəticədə A.Ələkbərovun sərnişinlərindən arvadı Nurlanə hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
****
10:16
Bakı şəhər Qaradağ rayonu ərazisində ağır yol qəzası baş verib.
Publika.az xəbər verir ki, Ələt-Astara magistralında eyni istiqamətdə hərəkət edən “AzSamand” markalı minik avtomobili ilə “KamAZ” markalı yük maşını toqquşub. Qəza nəticəsində minik avtomobilində olan qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Muxtar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO






.jpg)






























.jpg)


