Tovuzda yanğın söndürüldü - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Tovuzda yanğın söndürüldü - YENİLƏNDİ

Tovuz rayon Dönük Qırıqlı kənd ərazisində baş vermiş yanğın söndürülüb.

Yanğın nəticəsində taxıl sahəsinin 4 hektar sahyə yaxın hissəsi yanıb. Təxminən 2 saata yaxın davam edən yanğın artıq söndürülüb.

Qeyd edək ki, Dönük Qırıqlı kənd ərazisində baş vermiş yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Tovuz rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Yanğının baş vermə səbəbləri araşdırılır.

***

20:16

Tovuz rayonunun Dönük Qırıqlı kənd ərazisində biçilmiş taxıl sahəsində yanğın baş verib.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Tovuz rayon yanğından mühafizə hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil (Report).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm