Azərbaycanda bir gündə 4 nəfər bu səbəbdən öldü – 2-si qadındır
Bizi izləyin

Hadisə

Azərbaycanda bir gündə 4 nəfər bu səbəbdən öldü – 2-si qadındır

Daxili İşlər Nazirliyi ötən gün baş vermiş yol qəzaları ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 6-da saat 17 radələrində Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində Bakı şəhər sakini E.Allahverdiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini Zöhrə Süleymanovanı vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Bundan başqa Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi ərazisində Bakı şəhər sakini İ.Kazımov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən Hökməli qəsəbə sakini Rəvan Abdinovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Daha bir ağır qəza avqustun 6-da saat 17 radələrində Beyləqan rayonunun 2-ci Aşıqlı kəndi ərazisində qeydə alınıb. Qazax rayon sakini H.Qapaqovun idarə etdiyi “DAF” və Beyləqan şəhər sakini S.Mehdiyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə S.Mehdiyevin sərnişini Ayşən Xıdırlı hadisə yerində ölüb.

Daha bir piyada vurulması isə dünən saat 20 radələrində Ağstafa rayonunun Muğanlı kəndi ərazisində baş verib. Kənd sakini Ş.Bayramov idarə etdiyi “VAZ-21015” markalı avtomobillə yolu keçən həmkəndlisi Faiq İbrahimovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Bütün faktlarla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm