İmişlidə yol qəzası - Avtomobil alışdı
Bizi izləyin

Hadisə

İmişlidə yol qəzası - Avtomobil alışdı

İmişli rayonunda avtomobil qəzası baş verib.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Muradxanlı kəndi ərazisində baş verib.

Belə ki, İmişli sakini, 1990-cı il təvəllüdlü Kərimov Əziz Eldar oğlu idarəetdiyi 10-FS-140 dövlət nömrə nişanlı "VAZ-2104" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil işıq dirəyinə çırpılıb.

Qəza zamanı elektrik naqili maşının üzərinə düşüb və yanğın baş verib. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobil yanaraq yararsız hala düşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm