Bakı-Sumqayıt yolunda iki avtobus toqquşdu: yaralılar var - FOTO
Bizi izləyin

Hadisə

Bakı-Sumqayıt yolunda iki avtobus toqquşdu: yaralılar var - FOTO

Turizm şirkətinə məxsus avtobusla sərnişin daşıyan 525 saylı avtobusun toqquşması nəticəsində Bakı-Sumqayıt magistralında sıxlıq müşahidə edilir.

Publika.az xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidməti məlumat yayıb.

Məlumata görə, turizm şirkətinə məxsus avtobusun sürücüsü yağışlı havada sıxlıqdan çıxmağa cəhd edərək idarəetməni itirib və 525 saylı sərnişin avtobusunu çaşdırıb. Nəticədə, 525 saylı avtobus tur şirkətə məxsus avtobusa çırpılıb.

Hadisə nəticəsində ölən olmayıb. Hazırda hadisə ilə bağlı yollarda sıxlıq müşahidə edilir. Avtobuslar yoldan çıxarılan kimi nəqliyyatın hərəkəti bərpa olunacaq.

Hazırda DANX-ın və DYP-nin əməkdaşları hadisə yerindədirlər.

Hadisə nəticəsində 5 nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, qəza nəticəsində 50, 58, 41 yaşlı qadınlar və 59, 23 yaşlı kişilər olmaqla ümumilikdə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Respublika Klinik Xəstəxanasına müraciət edib.

Yaralılara lazımi tibbi yardımlar göstərilib və ambulator müalicəyə buraxılıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm