Biləsuvarda qanunsuz ov edənlər saxlanıldı
Bizi izləyin

Hadisə

Biləsuvarda qanunsuz ov edənlər saxlanıldı

Biləsuvar rayonunun Muğankənd kəndi ərazisində 3 nəfər Masallı rayon sakini qanunsuz ov etdiyi üçün saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, avqustun 7-də Biləsuvar rayonunun Muğankənd kəndi ərazisində Masallı rayon sakinləri İ.Manafov, A.Abdullayev və V.Bayramov qanunsuz ov etdikləri üçün Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Onlardan müvafiq sənədləri olan 3 ədəd ov tüfəngi, habelə 218 ədəd patron, 2 ədəd patrondaş, 1 ədəd bıçaq və 12 ədəd ovlanmış quş götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm