Qubada köməksiz vəziyyətdə tapılan şəxsin yaxınları axtarılır - FOTO
Bizi izləyin

Hadisə

Qubada köməksiz vəziyyətdə tapılan şəxsin yaxınları axtarılır - FOTO

Polis əməkdaşları gecə saatlarında Quba rayon ərazisində xidmət aparan zaman köməksiz vəziyyətdə olan şəxsə yaxınlaşıblar.

Publika.az xəbər verir ki, həmin şəxsin üzərində heç bir sənəd olmadığından və özü haqqında məlumat verə bilmədiyindən polis əməkdaşları onu Quba Rayon Polis Şöbəsinə gətiriblər.

Buildirilir ki, tapılan şəxs nitq qüsurludur, özü və yaxınları haqqında heç bir məlumat verə bilmir. Tapılan zaman onun əynində qara köynək, tünd göy şalvar və qara ayaqqabı olub.
Həmin şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Quba Rayon Polis Şöbəsinə (023) 335-35-11; 335-43-02 şəhər nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm