Zaqatalada bir gündə üçüncü ZƏLZƏLƏ - 4 bal - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Zaqatalada bir gündə üçüncü ZƏLZƏLƏ - 4 bal - (YENİLƏNDİ)

İlkin məlumatlara əsasən, yerli vatla saat 15:22-də Zaqatala stansiyasından 14 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 4 bal, yaxın ətraf rayonlarda 3 bala qədər hiss olunub.

***

15:08

İlkin məlumatlara əsasən yerli vatla saat 14:00-da Zaqatala stansiyasından 14 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən Publika.az-a verilən məlumata görə, zəlzələ hiss olunmayıb.

***

13:25

Yerli vaxtla saat 11:35-də Zaqatala stansiyasından 18 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən Publika.az-a verilən məlumata görə, zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.

***

12:08

Azərbaycanın Zaqatala rayonunda zəlzələ baş verib.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən Publika.az-a verilən məlumata görə, ilkin məlumatlara əsasən, zəlzələ saat 11:35-də Zaqatala stansiyasından 17 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələnin maqnitudası 4,9, dərinliyi 2 km olub.

Zəlzələ hiss olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm