Göyçayda iki maşın toqquşdu - Xəsarət alanlar var
Bizi izləyin

Hadisə

Göyçayda iki maşın toqquşdu - Xəsarət alanlar var

Göyçay rayonu Bığır kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, 56 yaşlı kişi hadisə yerində dünyasını dəyişib. 25 yaşlı iki nəfər və 37 yaşlı kişi Göyçay Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. 25 yaşlı xəstənin birində aşağı ətrafların sınığı, digər xəstələrdə isə müxtəlif dərəcəli travmalar qeydə alınıb. Hazırda yaralıların müalicələri davam edir. Vəziyyətləri orta-ağır qiymətləndirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm