Azərbaycanda mikroavtobus qəzaya uğradı -19 nəfər yaralandı - FOTO
Bizi izləyin

Hadisə

Azərbaycanda mikroavtobus qəzaya uğradı -19 nəfər yaralandı - FOTO

Hacıqabul rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Qarasu kəndindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" markalı sərnişin daşıyan avtomaşınla "Ford" markalı avtomaşın toqquşub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, hadisə nəticəsində 19 nəfər yaralanıb. 10 nəfər Şirvan xəstəxanasına aparılıb 9 nəfər Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Kürdəmir Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə qəzadan sonra 6 qadın, 2 kişi və 1 azyaşlı oğlan gətirilib. Azyaşlının Bakıya travmatologiya instituna (qolun amputasiyası), 2 kişinin isə KTMə keçirilməsi qərara alınıb. Şirvan MRX ya 4 kişi 6 qadın çatdırılıb.. Qadınların ikisində qapalı kəllə beyin travması etimal olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm