Azərbaycanda bir gündə 7 nəfər bu səbəbdən öldü
Bizi izləyin

Hadisə

Azərbaycanda bir gündə 7 nəfər bu səbəbdən öldü

Şənbə günü Azərbaycanda baş vermiş yol qəzalarında 7 nəfər həyatını itirib.

Publika.az xəbər verir ki, avqustun 10-da ölkə yollarında ümumilikdə 10 ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə dünyasını dəyişən şəxslərdən başqa daha 16 nəfər xəstəxanalara yerləşdirilib.

Ötən gün baş verən qəzalar arasında ən ağır hadisə Qaxda qeydə alınıb. Rayon ərazisində iki minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər vəfat edib, daha 3 nəfər isə xəsarət alıb. Bakının Yasamal rayonunda baş vermiş hadisədə isə 2 nəfər həyatını itirib.

Bundan başqa dünən Göyçay və Salyan rayonlarında da yol qəzaları insan itkisinə səbəb olub.

Hər bir faktla bağlı araşdırma aparılır.

Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm