Goranboyda avtomobil aşdı, ölən və yaralananlar var
Bizi izləyin

Hadisə

Goranboyda avtomobil aşdı, ölən və yaralananlar var

Goranboy rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Rayonun Kəpənəkçi kənd sakini, 1960-cı il təvəllüdlü Güloğlan Hümmət oğlu Tağıyevin idarə etdiyi "VAZ-21015" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində onun atası, 1940-cı il təvəllüdlü Hümmət İbrahim oğlu Tağıyev hadisə yerində ölüb.

Qəza zamanı habelə sürücü və onun oğlu, 1995-ci il təvəllüdlü Tağıyev Xaliq Güloğlan oğlu isə müxtəlif bədən xəsarətləri alıblar. Hər iki yaralı Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm